Vüqar Səfərlinin müsadirə olunan əmlakı necə satılacaq? – Qaydalar

Vüqar Səfərlinin əlindən alınanların Siyahısı Yeni Sabah

Xəbər verdiyimiz kimi ləğv edilən KİVDF-nin sabiq direktoru Vüqar Səfərliyə hökm oxunub. Hökmə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlakları müsadirə edilib.

 

Əmlakların arasında torpaq sahəsi, mənzillər və avtomobillər də mövcuddur. Vüqar Səfərlinin əmlakı harada satılacaq? Bu proses necə həyata keçirilir?

AzerTaym.az bildirir ki yenisabah.az-ın suallaırnı cavablayan vəkil Vasif İsrafilov bildirib ki, bu proses iki formada həyata keçirilə bilər:

“Əmlak müsadirəsinin hökmü qüvvəyə minəndən sonra, həmin əmlakla bağlı hissə, yəni mülki iddiayla bağlı olan hissə icra şöbəsinə göndəriləcək. 

Orada həmin əmlakların dəyəri qiymətləndiriləcək və ekspertizadan sonra hərraca çıxarılacaq. Hərracda satıldıqdan sonra vəsait mülki iddianı tələb edən zərərçəkm şəxslərin və ya qurumların hesabına köçürüləcək. 

Əgər hərracda həmin əmlak heç bir şəxs tərəfindən alınmazsa, o zaman əmlak özü mülki iddiaçıya təqdim ediləcək. 

Amma işin gedişatında başqa hallar da ola bilər. Əgər həmin mülki iddia tələbinin miqdarı Vüqar Səfərli tərəfindən icra vaxtı ödənilərsə, həmin əmlakların üzərindəki həbs götürələcək və o əmlaklar müsadirədən çıxarılaraq özünə qaytarılacaq.

Mən dəqiq bilmirəm ki, bu işdə əmlak müüsadirəsi mülki iddianın tələbi kimi, yoxsa cəza kimi verilib. Əgər cəza kimi verilirsə, o zaman əmlak müsadirə olunub dövlət büdcəsinə keçiriləcək”.






Fikirlər