Baş nazirdən aeroportdakı bəzi haqlarla bağlı QƏRAR

Baş nazirdən aeroportdakı bəzi haqlarla bağlı QƏRAR

Azərbaycanda hava limanlarında sərnişinlər üçün VİP xidmətlər üzrə haqlar müəyyənləşib
 
Bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib.
 
Qərara əsasən, Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.10-cu bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə, xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilir.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;
Azərbaycanın digər hava limanları üzrə - 20 (iyirmi) manat.






Fikirlər