Bağçaya qəbul da elektron qaydada olacaq - RƏSMİ AÇIQLAMA

 Nazir işləyəcəyini desə də, bağçalar bağlıdır | ENA.az

“Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.

 

  Bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

“İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.

O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, - deyə nazir qeyd edib.

Bağçalarla bağlı mübahisə yenidən qızışır - Təhsil Nazirliyi, yoxsa BŞİH...

 

 

 






Fikirlər