Xalq artisti: “O qədər vəzifədə oturublar ki, iylənməyə başlayıblar“

Xalq artisti: “O qədər vəzifədə oturublar ki, iylənməyə başlayıblar“

“İndiyə kimi Hacıbala Abutalıbov etiraf etmirdi ki, Qış parkı ona məxsusdur. Amma biz orda çəkil edəndə bunun da üstü açıldı. Amma hansı ki, Prezident həmin parkda olanda bu adı soruşanda Qış parkının adının kim tərəfindən qoyulduğunu bilmədiyini dedi. Ordakı obyektlər də Hacıbalaya və oğluna məxsusdur. O parkda bir çəkiliş etmişdik və Hacıbala Abutalıbovu da tənqid etmişdik. İkinci dəfə çəkiliş edəndə obyekti işlədən adam gəlib dedi ki, xahiş edirəm çəkiliş etməyin, Hacıbala müəllimin oğlu zəng vurub mənə nə qalmadı dedi”

 

 Bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül ölkədə baş verən məmur özbaşınalığından danışıb:

“Bəlli oldu ki, bunlar Azərbaycanda ona görə oturublar ki, planlı şəkildə hər şeyi pay-puşt ediblər və aylıq pullarını yığırlar. Amma hal-hazırda xalqın ən yaşlı bir sənətkarı, cəmiyyətdə yaxşı tanınan adamı kimi heç bir günahı olmadan hər ay milyonlar qazanan məmurun güdazına gedib. Onun da vicdanı yoxdur ki, mənə olan 154 min borcunu qaytarsın ki, gedim evimi alım. Bu adam analoqu olmayan tarixi abidələri söküb. Demək  bu məmləkətdə böyük cinayətlər edəsən, milyardlar qazanasan ki, sənə heç kim gözün üstdə qaşın var deməsin.    

Mən istəyirəm ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü əvəlki kimi qeyd edək. Təbiətdə 1 yanvarla bağlı heç bir dəyişiklik olmur. Bizdə bu dəyişiklik mart ayında olur. Dünyanın çoxunda 1 yanvarı yox, 31 dekabrı qeyd edirlər. Şükür Allaha ki, torpaqlarımızı aldıq və bundan sonra da istəyirəm ki, ənənələrimizi bərpa edək. 

Bu gün Prezident ölkədə özbaşınalıq edən məmurlara qarşı da mübarizə aparır. Onlar da vəzifələrdən çıxıb getməlidirlər. Kim bu xalqa, dövlətçiliyə qarşıdırsa, rədd olub getməlidir. Onların fəaliyyətləri araşdırılmalıdır. Azərbaycanı çapıb-talayan adamların övladları 44 günlük Vətən müharibəsində iştirak edibmi?! Bütün bu uğurlar Prezidentin və xalqın zəhmətidir. Ölkəni çapıb-talayan məmurlar niyə ildən-ilə keçirlər?! Bunları rədd eləmək lazımdır. Təzə ilə vətənpərvər, milli ruhlu insanlarla davam edək. O qədər vəzifədə oturublar ki, iylənməyə başlayıblar, bir dənə fəaliyyətləri yoxdur”. 






Fikirlər