-
22-11-202421-11-202420-11-2024
İcra başçısının müavini və qardaşı sakinləri aldatdı: 700 minlik dələduzluq - Açıqlama
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Göyçay rayon sakinləri Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev və qardaşı oğlu Sabir Vəliyevdən şikayətçidirlər.
Bu barədə Bakupost.az –a müraciət edən sakinlər bildirirlər ki, hər iki şəxs əlbir olub, onları aldadıb, pulunu qaytarmayıblar:
“Həyətimizin məhsulu olan xurma meyvəsini icra başçısının müavini İ. Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu S. Vəliyevə yığıb vermişik. S. Vəliyev həmin məhsulu Əli adlı Biləsuvar sakininə nağd pula satsa da, bizim pulumuzu indiyə qədər ödəməyib.
Əli adlı həmin şəxs bizə bildirdi ki, pulu S. Vəliyevə nağd şəkildə verib. Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsul alıb.
İ. Vəliyev bizi çağırıb xurmanı qardaşı oğlu S. Vəliyevə yığıb verməyi bildirsə də indi pulumuzu vermək istəmir və bu işdə şərik olmadığını utanmadan yalandan bizə bildirir.
Hətta İ. Vəliyev meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar alıb.
Biz kasıb işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb əldə etdiyimizi pula tikmişdik.
Həmin pulla ailəmizi dolandırıb acından ölmürdük. İndi isə icra başçısının 1-ci müavini və onun qardaşı oğlunun dələduzluğuna görə aclığa məhkum olmuşuq.
İ. Vəliyev və qardaşı oğlu S. Vəliyevə kiminsə bir manat borcu da ola bilməz. Onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar.
İndi çıxılmaz vəziyyətdə qalmışıq. Onların bu talançılığına etiraz olaraq aclıq aksiyasına başlamışıq.
Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik ki, həmin şəxslərə qarşı ciddi tədbirlər görülsün.
İcra başçısının müavini İkram Vəliyev qardaşı oğlu ilə əlbir olub bizdən aşağıdakı məbləğdə məhsul alıb aldadıblar:
1) Kərimov İlyas Baxış oğlundan 7950 (yeddi min doqquz yüz əlli) manatlıq,
2) Səmədov Saleh Yaqub oğlundan 4350 (dörd min üç yüz əlli) manatlqı,
3) Əmrahov Rəhman Qədir oğlundan 1000 (min) manatlıq
4) Şıxəliyev Aqil İxtiyar oğlundan 4500 (dörd min beş yüz) manatlıq,
5) Şıxəliyev Elçin İnqilab oğlundan 3700 (üç min yeddi yüz) manatlıq xurma məhsulu”.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-dən sorğumuza yayılan məlumatların əsassız olduğu bildirildi:
“Qarşı tərəfin mövqeyini öyrənmədən bəzi internet saytlarında və sosial şəbəkələrdə vəzifəli şəxs barədə əsassız məlumatların yayılmasına təəssüf edirik. Hazırda hüquq-mühafizə orqanlarına olunmuş müraciət əsasında həmin məlumatları yayan şəxslərlə bağlı müvafiq araşdırma aparılır”.