Gədəbəydə büdcə pullarını KİM YEYİR? - İTTİHAM VAR!
Yəqin ki, Məsimov Şakir Rəhim oğlu adlı şəxsin bir cox sahələrdə müdür vəzifəsində çalışması və çalışdığı bütün sahələri iflic etməsi haqda əksər gədəbəylilər məlumatlıdırlar. İndiyə kimi bu şəxs belə bir iş üslubu ilə ad-san çıxarsa da, hansısa “gözəgörünməz güclər” onu Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə apara biliblər. Bu şəxs 2020-ci ilin əvvəlindən bu dövlət qurumunda əmək fəliyyətinə başlayır və çox keçmir ki, o, nümayəndəliyə kommunal məqsədlər üçün büdcədən ayrılmış 70 000 (yetmiş min) manat vəsaiti xərcləyir. Yəni, Şakir Məsimov bir müəssisə ilə müqavilə bağlayır və həmin vəsaiti müqavilə bağladığı MMC-nin hesabına köçürür. Köçürülən vəsaiti ilk əvvəl MMC nəğdiləşdirir və onu şəxsən Şakir Məsimova verirlər. Əldə olunan məlumata görə, bu şəxs əvvəlcədən MMC ilə sövdələşir və köçürülən pulun 20% MMC-ə çatır. Məsimov soyadını daşıyan bu vəzifə sahibi həmin pulu dədə malı kimi xərcləyir. Gözdən pərdə asmaq üçün isə o, bir neçə kiçik binanın dam örtüyünə nazik salofanla şifer vurdurur . Yəni, o, 12 ədəd kommunal (yaşayış) binasının bloklarını təmir etdirməli və bloklara qapılar qoydurmalı olduğu halda, heç bir iş görülmür. GundemXeber.Az
Qeyd edək ki, Şakir Məsimovun xeyli vaxt öncə bir nəfər şəxslə söz-sobəti olur və həmin şəxs onun əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə yazır. Bu məsələ ilə əlaqədar 2021-ci ilin noyabr-dekabr aylarında Maliyyə Nazirliyindən yoxlama gəlir və təxminən Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə 14 000 (on dord min) manatdan yuxarı cərmə yazırlar. Gədəbəyin parklarında, küçələrində və digər yaşayış ərazilərində yaşıllıqların salınması məqsədilə 50 000 (əlli min)manat vəsait ayrılsa da, heç bir iş görmədən həmin vəsait də oxşar qaydada mənimsənilir. Maliyyə Nazirliyindən gələnlər yoxlama işlərini apararkən, onlara köhnədən əkilmiş ağacları göstərirlər. Sonda həmin şəxslər Şakir Məsimovla danışıb-barışırlar və onunla bağlı heç bir cərimə-filan yazılmır. Bu şəxs büdcədən ayrılmış 70000 (yetmiş min) manat vəsaitə, bir evin üstünə 31 ədəd, hansı ki, altı metirlik uzunluğunda nazik dəmir (qırmizi rəngdə) şifer vurdurmaqla kifayətlənir. Bu cür insafsızlıq olar? Abadlıq işləri üçün ayrılmış 30 000 (otuz min) manat vəsaitə isə, 55 (əlli beş) kamaz markalı maşınla çay kənarından xır daşı və qum daşınaraq lazımi yerlərə tökülür. Yaşıllıq üçün ayrımş 20 000 (iyrimi min) manat vəsaiti də, MMC-nin vasitəsilə nəğdiləşdirərək mənimsəyir. Sonda da, bir ədəd olsun belə ağac əkmirlər. Uşaq bağçası təmir olunarkən, ayrılmış 15000 manat vəsaitin daha çox hissəsi mənimsənilir. Guya kuxna təmiri üçün bir otağa 70000 manat xəclənib. O da qeyd olunmalıdır ki, həmin otaq 2020- ci ildə Gədəbəy Rayon İçra Hakimiyyəti tərəfindən təmir olunmuşdur. Kuxnada bir taxdadan düzəldilmış arakəsməni dəyişmək üçün 7000 (yeddi min )manat pul silinir. Deməli iki ilin içində üstüstə 262 000 (iki yüz altmış iki min) manat dövlət büdcəsindən vəsait talan olunur. Bu gün Şakir Məsimov bu idarədən başqa idarəyə işə keçməyə çalışir. Onu da qeyd etmək yerinə düşər ki, heç bir MMC hardansa Gədəbəydə gəlib hansısa işi görməyib. Yəni, Forma № 2 deyilən sənəd Gədəbəydə yazılıb, az sonra telefonla əlaqə saxlanıb və hər iki tərəfin nümayəndələri görüşüblər. Sənədi hər iki tərəf imzalayıb və mühasiblıq həmin vəsaiti lazımi qaydada köçürüb. Pullar MMC-lər vasitəsilə nəğdiləşdirilib və şirkətlər faizlərini götürdükdən sonra, qalan pulları Şakir Məsimova veriblər. Bu şəxs də gözdən pərdə asmaq üçün həmin pulun təxminən 10% -ni müəyyən işlərin görülməsinə xərcləyib, qalanını isə əlbir olduğu şəxslərlə mənimsəyib. Bu şəxs cox “savadlı” bir insandır, “peşəkar mühəndisdir”.
Mövzuya qayıdacağıq.