Ukraynadan qaçdılar, Polşada öz səfirliyimizlə tutaşdılar! Skandal VİDEO
Bunu İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Musavat.com-a açıqlamasında deyib. Hazırda Varşavada soydaşlarımızın yanında olan Samir Adıgözəlli bildirib ki, Azərbaycandan yalnız bir təyyarə göndərilib, o da qadın və uşaqların bir hissəsini vətənə qaytarıb. Qalanlar otelin foyesində, bəziləri isə küçələrdə gecələyirlər: "Narazılıqlardan sonra səfirlik nümayəndələri bizə bildirdilər ki, Polşa Azərbaycan üçün dəhliz açmır, ona görə də ləngimələr olur. Digər tərəfdən bəhanə gətirirlər ki, yalnız qadın və uşaqlar çıxarılır. Bəs, bu qədər soydaşımız necə olacaq. Hamı pis durumdadır, nə yatacaq yeri, nə də qidalanmaq imkanları var. "Azal"dan, XİN-dən, hökumətimizdən xahiş edirik, soydaşlarımızı vətənə qaytarsın 3-4 reys təşkil olunsa, bu insanlar vətənə dönər". Son məlumata görə, soydaşlarımız Azərbaycanın Polşadakı səfirliyinə gedərək, problemlərini danışıblar, etirazlarını bildiriblər."Ukraynadan Polşaya gedən 300-ə yaxın azərbaycanlı Varşavanın "Merkuri" otelində çıxılmaz durumda qalıb. Azərbaycanın Polşadakı səfirliyi bizimlə maraqlanmır, soydaşımlarımız küçələrdə gecələyir".
Daha ətraflı videodan izləyə bilərsiniz.