Azərbaycanın keçmiş Baş naziri metroda ayaqüstdə qaldı ...
Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseynin metroda çəkilən fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Metroda ayaqüstə dayanan Pənah Hüseynə əyləşən gənclərin oturmaq üçün yer verməməsi bir sıra insanlar tərəfindən qınanılıb. Əyləşən gənclərin ayaqüstə dayanan Azərbaycanın 64 yaşlı keçmiş Baş nazirinə yer verməməsi hörmətsizlik kimi qarşılanıb.