“İkinci Milli Yaylaq Festivalının keçirilməsini ciddi milli, etnokulturoloji hadisə hesab edirəm”

“İkinci Milli Yaylaq Festivalının keçirilməsini ciddi milli, etnokulturoloji hadisə hesab edirəm”

Qulu Məhərrəmli: “Festivalda azad ruhun təcəssümü özünü açıq-aydın hiss etdirirdi”
 
Ad - 00:09

 

“Doğrudur, problemlər də var idi, amma gələcəkdə onları aradan qaldırmaq mümkündür”
 
Xəbər verdiyimiz kimi, ötən ayın sonunda ölkəmizdə bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə İkinci Milli Yaylaq Festivalı keçirilib. Hansı ki, festivalın təşkilatçılıq səviyyəsi, festival çərçivəsində ortaya çıxan problemlər cəmiyyətdə birmənalı qarşılanmayıb, media və sosial mediada geniş müzakirələrə səbəb olub.
 
Moderator.az İkinci Milli Yaylaq Festivalının iştirakçısı olan professor Qulu Məhərrəmlinin təəssüratlarını öyrənməyə çalışıb:
“Əvvəla onu deyim ki, İkinci Milli Yaylaq Festivalının keçirilməsi özü müsbət hadisədir. Bunu ciddi milli, etnokulturoloji hadisə hesab edirəm. Bu, milli yaddaşın, elat yaddaşının dirçəldilməsidir. Milli düşüncənin, milli kökə bağlılığın nümayişidir. 
Mən iki gün tədbirdə iştirak etdim. Bölmələrə, guşələrə, sərgilərə baxdım. Xarici ölkə qonaqlarının bir çoxu ilə tanış oldum. Təşkilatçıların ciddi fədakarlığını gördüm. Amma əlbəttə, bizim alışdığımız şəhər tədbirlərindən fərqli olaraq, festival təbii şəraitə bağlı olduğu üçün bəzi problemlər də meydana çıxır. Yol, toz-torpaq, avtomobillərin park edilməsi ilə bağlı probemlər oldu. Ayın 30-da bu problemlər daha qabarıq idi. 31 iyul tarixində isə hiss olundu ki, müəyyən sistem və nizam yaradılıb. Yer darısqallığı da hiss olunudu. Xüsusi buraxılşla gedənlər, maşını aşağıda saxlayıb uzun yol qət edənlər də oldu. Bunların hamısı doğrudur. Amma yağışın yağması da gözlənilməz bir hadisədir. Mən həmin anda həm iştirakçılar, həm də tədbir təşkilatçıları adına çox məyus oldum. Lakin çətinliklər keçib gedir və geriyə yalnız gözəl təəssüratlar qalır. Yaylaq bir az fərqli məkan və fərqli yanaşmadır. Amma bununla yanaşı əlbəttə, bəzi şeyləri təkmilləşdirmək lazımdır. Xarici qonaqları, on mindən çox insanla bağlı təşkilati məsələləri tənzimləmək şübhəsiz, asan deyil. Mən təşkilatçıların böyük fədakarlığını qeyd etmək istəyirəm. Irad bildirənləri də anlayıranm və hesab edirəm ki, bu iradların çoxu nəzərə alınmalıdır. Ancaq ümumilikdə, İkinci Milli Yaylaq Festivalı ilə bağlı parlaq təəssüratım var. Orada milli yaddaşla bağlı olan nüansların parlaq təzahüri mövcud idi. Folklor, mahnı, güləş yarışları, Vətən müharibəsi qaziləri ilə görüşlər, azad ruhun təcəssümü özünü açıq-aydın hiss etdirirdi. Bunları görməmək qeyri-mümkün idi. Təşkilati işlərdəki nöqsanlara gəlincə, hesab edirəm ki, gələcəkdə bunları aradan qaldırmaq mümkündür “.






Fikirlər