Gədəbəydə QALMAQAL: İcra başçısı qəfil məktəbə getdi: Nə direktor, nə də müəllim var... - FOTOLAR
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran və Alnabat kəndlərindəki tam orta məktəblərdə olub. "AzerTaym.az" yeniavaz.com-aistinadən xəbər verir ki, Arıqıran kənd tam orta məktəbində icra başçısı qəribə mənzərə ilə qarşılaşıb.
Qurumun sosial şəbəkə hesabında yayılan məlumata görə, sözügedən məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.
Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.
Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.
Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçının məktəbi ziyarətindən fotolar da yayıb: