Onlar Rəşad Məcidin müavini oldu ...
Bu gün Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Mətbuat Şurasının sədr müavinləri məlum olub. Belə ki, Səadət Məmmədova və Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri Rəşad Məcidin müavini seçiliblər. Bundan əlavə, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib. İclasda eyni zamanda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib. Qeyd edək ki, sentyabrın 24-ü Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib. Xatırladaq ki, o bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib. Səadət Məmmədova və Vüqar Zifəroğlu