Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il keçir...
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 27-də “Smerç” raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlərin siyahısı: 1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova 1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib) 1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova 1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov 2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova. Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.