Lənkəranda “313” təbliğatlı toy məclisi: DTX-nın əməliyyatından dərhal sonra - Video
DTX-nın İran agenturası ilə əlaqədə şübhəli bilinən 19 nəfərin həbsindən bir gün sonra Lənkəranda keçirilən toy məclisi diqqəti cəlb edib. Xatırladaq ki, DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılanların İrandan Azərbaycana İranın təbliğatı üçün üzərində təbliğat materialları, xüsusilə 313 yazılan köynəklərin gətirilməsi faktının da ortaya çıxdığı bildirilirdi. Maraqlıdır ki, əməliyyatdan bir gün sonra Lənkəranda keçirilən toy məclisi daha çox İranın təbliğinə həsr olunub, toyda üzərinə 313 yazılmış köynəklər geyinilib, mərsiyələr oxunub. Belə bir addımın təsadüf olaraq atılmadığı, əməliyyatdan bir gün sonra bu mərasimin təcili olaraq keçirilməsi mollaların əzələ nümayişi kimi də qəbul oluna bilər. Bildirək ki, mərasimi Hacı Elxan Həsənov oğlunun toy məclisi kimi təşkil edib. Lakin videolara diqqət yetirdikdə tamam başqa niyyətlərin olduğunu söyləmək mümkündür. Onu da qeyd edək ki, E. Həsənov oxşar fəaliyyətinə görə bir müddət həbsdə olub.