Qrip, yoxsa COVID? - Adil Qeybulla aydınlıq gətirdi ...
"Biz COVİD-19-dan bir mədəniyyət örnəyi götürməliyik". Yenisabah.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, son günlərdə geniş yayılmış qripə yoluxma ilə bağlı rəyini bildirib. Qeyd edək ki, bir çox bənzərliklərinə görə insanlar qripə, yaxud mutasiyaya uğramış koronavirusa yoluxduqlarını bilmirlər. A. Qeybullanın sözlərinə görə, keçən əsrin 60-cı illərindən başlayaraq koronavirus xəstəliyinin 4 növü məlumdur: “Hər il koronavirusun 4 növü özünü göstərir. Hazırda da koronavirus təhlükəsi qalır. "Omicron" ştammı, A qripi daxil olmaqla, bir çox viruslar daim özünü göstərməkdədir. Kimsə, qrip olduğu zaman mütləq özünü təcrid etməyi bacarmalı, evdən çölə çıxmamalı, maska ilə qorunmalıdır. Mövcud olan şəraitlər bütün qrip olanların COVID-ə yoluxub-yoluxmadığını bilmək üçün test verməsi mənası vermir. Bu üsul səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarar. Amma kim özünü hədsiz dərəcədə halsız hiss edirsə, qızdırması varsa, o zaman test verməsini vacibdir. Biz COVİD-19 xəstəliyindən bir mədəniyyət örnəyi götürməliyik. Bu sadə bir virus deyil. Elə viruslar var ki, olduqca güclü xəstəliktörətmə qabiliyyətinə malikdir. Məsələn, yuxarı tənəffüs yollarının infeksiyaları arasında "ispan qripi" adı ilə tanınan xəstəlik növü milyonlarla insanın həyatına son qoyub. "İspan qripi"nin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur".