DAXİLİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Səbəbi açıqlandı...

 Vilayət Eyvazovun müavini işdən çıxarıldı - YENİ TƏYİNAT

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, general xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov isə Oruc Zalovun yerinə təyinat alıb.

Qeyd edək ki, Zalov1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.

 

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

 

Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.






Fikirlər