Bu gün Tarix yazan liderin doğum günüdür!
Hörmətli Prezident cənab İlham Əliyev! 102 illik tarixi olan, 75 mindən çox xanımı ətrafında birləşdirən "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İ.B.üzvləri adından Sizi Ad Gününüz münasibətilə səmimi qəlbdən təbrik edir , Sizə möhkəm can sağlığı ,rifah, uğurlar diləyir və ən xoş arzularımızi bildiririk. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf edir. Qürurla deyə bilərik ki, biz bu gun qalib ölkənin vətəndaşlariyiq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu Tarixi Qələbənin şahidi olub. 44 günlük Vətən müharibəsində Zəfər günü - Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqımıza bu Qələbə sevincini yaşatdıginiza görə Sizə və Müzəffər Ordumuza borcluyuq.
Cənab Prezident !
Siz yalnız hərb meydanında Müzəffər Sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateji nümunə göstərdiniz. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldunuz. Cəsarətlə bütün təzyiqlərə sinə gərdiz, xalq ilə vəhdətdə Lider kimi mübarizlik rəmzinə çevrildiz. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdiniz. Doğma Qarabağımıza qovuşduq. Artıq həmin ərazilərdə Şanlı Azərbaycan Bayrağı dalğalanır. Artıq Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Milli maraqlarımız naminə şaxtada, soyuqda ,qarlı günlərlə Laçın dəhlizindəki aksiyada iştirak edən xanımlarımız ölkə maraqlarını qorumaq üçün birləşmişlər.
İnanırıq ki, Azərbaycanın, cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandiracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləriniz ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqsız.
Bir daha Doğum Gününuzü təbrik edirik !
Tanrı Sizi qorusun !
Bahar Qasımova
"AQRC"İ.B. sədri