Doyunca yatmamaq böyrəklərin disfunksiyasına səbəb olur
Doyunca yatmamaq qadınlarda böyrəklərin funksiyasını poza bilər. Azərtaym.az “azərtac”-a istinadən məlumatına görə, bu nəticə Bostonda Briqam qadın xəstəxanasının alimlərinin uzun illərdir apardıqları tədqiqatlardan hasil olub. Təcrübə 11 il davam edib və 4 mindən çox qadını əhatə edib. Tədqiqatın nəticələrinə görə, ən azı 5 saat yatanlarla 4 saat yatanlar arasında aparılan müqayisədə böyrəklərin fəaliyyətində vaxtından əvvəl enmə mümkünlüyü 65 faiz az olub. Mütəxəssislər qeyd edirlər ki, doyunca yatmamaq sağlamlıq üçün digər problemlər də yarada bilər.