Suraxanıda Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində sərgi keçirildi - FOTOLAR
Mayın 4-də Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı rayon Heydər Əliyev Mərkəzi, TEM-ART Sənət Mərkəzi, Unec İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə tanınmış rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tünzalə Məmmədzadənin yaradıcılıq sərgisi və “İpək yolunda eşq” adlı kitabının təqdimat mərasimi keçirilib. "AzerTaym.az" bildirir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, UNEC Dizayn ailəsinin üzvü, tanınmış rəssam Əli Əliyev və digər qonaqlar iştirak ediblər. Əziz Əzizov çıxışında Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. O, sərginin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, Ulu Öndərin də rəsminin yer aldığı bugünkü sərgidə Tünzalə xanımın ipək üzərində yaratdığı rəsm əsərləri bir-birindən gözəldir.