MİLLİ KİTABXANANI "milli kababxana" ilə səhf salanların menyüsünə... -0ZƏL

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası - Kitabxanalar | Kataloq GoMap.Az

 Dünən Azərbaycan Milli Kitabxanası ilə bağlı ölkənin bir neçə elektron kütləvi informasiya vasitlərində məlumatlar yayıldı.

Məlumatda bildirilirdi ki,Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına istinadən tirajlanan bu materialın sözügedən quruma çıxmadan,araşdırmadan,faktları dəqiqləşdirmədən dərc olunması peşə borcundan da birtərəfə,burda məqsəd olduqca qərəzli və məqsədyönlü bir kompaniyaya bənzədi.Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri və onun pozulması haqqında aidiyyatı qurumların ortada heç bir məlumatı yoxdursa bu barədə dəqiqləşdirmədən hər hansı bir informasiyanı dərc etmək kimə və nəyə xidmət edir? Əlbətdə ki,hansısa "nursuz,işıqsız,ziyasız çirkin,qara qüvvələrin maraqlarına"...

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası bu gün öılkənin ən qədim və zəngin kitabxanasıdır.2004-ci ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib.

Milli kitabxanadan reportaj...

 

AMK respublikada kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirir, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır. Niyə bir dəfə də bu haqda qeyd olunmur?

 

“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən AMK ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır.2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi həyata keçirilir. Dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi VİRTUA proqramı tətbiq edilir. Son illər informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq AMK-da yeni şöbələr və bölmələr açılıb: “Elektron informasiya xidməti”, “İnfrastrukturun təşkili və proqram təminatı”, “Avtomatlaşdırma və informasiya texnologiyaları”, “Elektron resursların yaradılması”, “Analitik elektron məlumat bazasının təşkili”, “Elektron kataloqun formalaşdırılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbələri, “Elektron resurslardan istifadənin təşkili”, “Lokal şəbəkədən istifadə üzrə oxu zalı” bölmələri. Yeni şöbə və bölmələrin yaradılması ilə əlaqədar bir çox ənənəvi iş sahələri yeni texnologiyalarla təchiz olunub, ənənəvi kataloq sistemi elektron kataloqla əvəzlənib, elektron kataloqla yanaşı elektron kitabxana yaradılıb.Niyə bir dəfə bundan yazılmır? 

Kitabxananın üç dildə fəaliyyət göstərən saytı (www.anl.az) vasitəsilə oxucular məlumat bazalarından yararlanmaq, Milli Kitabxananın nəşrlərindən istifadə etmək, elektron kataloqda və elektron kitabxanada, həmçinin dünya ölkələrinin kitabxanalarında axtarış aparmaq imkanı əldə edirlər.2008-ci ilin dekabr ayından Milli Kitabxanada ölkə mətbuatının ayrı-ayrı mövzular və predmetlər üzrə tammətnli analitik məlumat bazasının yaradılması işinə başlanılıb. Bu gün 100-dən çox qəzet və jurnalda dərc olunan materialların tam elektron mətnləri mövzu və predmetlər üzrə qruplaşdırılaraq Milli Kitabxananın elektron kataloqunun analitik məlumat bazasına daxil edilir. Kitabxananın oxucuları və eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan onun nəinki kataloq və fondlarına daxil olur, həm də tammətnli elektron məlumat bazalarından bəhrələnirlər.

Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə dair xeyli miqdarda metodik vəsait nəşr edir və region kitabxanalarına göndərir. Azərbaycan Milli Kitabxanası “Yeni kitablar”, “Birillik Azərbaycan kitabiyyatı”, “Azərbaycan kitabı”, “Mədəniyyət, incəsənət, turizm və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat” adlı biblioqrafik informasiya göstəricilərini, hər il “Əlamətdar və tarixi günlər təqvimi”ni, Azərbaycanın görkəmli şəxsiyyətləri silsiləsindən, eyni zamanda, digər mövzulara həsr olunmuş fundamental biblioqrafik vəsaitlər nəşr edir.Niyə bütün bunlar bərədə bir dəfə bir yazı dərc olunmur?

Qısaca tək kəımə ilə deyək- Bəli,bunca təkamül xarakterli islahatları,mütərəqqi inkişafı görməzdən gəlmək ancaq qərəzdən və məkrli niyyətdən xəbər verir.

"AzerTaym.az"

 






Fikirlər