İlham Əliyev Elmira Axundovanı səfir vəzifəsindən GERİ ÇAĞIRDI...
Prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb.