Qaradağda sakinlərlə növbəti görüş oldu - FOTOLAR

qaradagda-sakinlerle-novbeti-gorus-oldu

Mayın 23-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

AzerTaym.az" bildirir ki, qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda 150-ə yaxın qəsəbə sakinləri iştirak edib.Sakinlərdən 8 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 






 






Fikirlər