“ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN SƏHİYYƏSİ” ALBOM-KATALOQUN TƏQDİMATI OLUB
Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərginin və bu materiallar əsasında hazırlanan albom-kataloqun təqdimat mərasimi olub. Mərasimdə İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və digər qonaqlar iştirak edib. Ulu Öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrində, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən foto sərgidə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə, digər çıxışçılar ürək sözlərini bölüşərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad ediblər. "AzerTaym.az"