"Jurnalistin haqqını yemək heç kimə hörmət gətirmir" - Seymur Verdizadə

"Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binada yaşamaq evi olmayan, o cümlədən mənzil şəraiti ağır olan mətbuat nümayəndələrinin haqqıdır. Bu haqqı jurnalistlərin əlindən almaq, onu yemək heç kimə hörmət gətirməyəcək".
 
Bu sözləri Moderator.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
 
Seymur Verdizadə jurnalistlərin üçüncü binası ətrafında yaranmış qeyri-müəyyənliyə son qoymağın vaxtının çatdığını bildirib: "Binanın təyinatının dəyişdiriləcəyilə bağlı yayılan şayiələr jurnalistləri rəncidə edib. Mətbuat dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyətin nümayəndələrinə qarşı həssas davranmaq həm də etika məsələsidir".
 
Jurnalist Bayılda mətbuat nümayəndələri üçün inşa olunmuş üçüncü binadakı hazır mənzillərin 22 iyul Milli Mətbuat Günü ərəfəsində ehtiyacı olan media nümayəndələrinə veriləcəyinə ümid etdiyini bildirib: "Hazır evlərin qapısını bağlayıb jurnalistləri darısqal, rütubətli mənzillərdə yaşamağa məhkum etmək anlaşılan deyi. Nəhayət, bu müəmmaya son qoyulmalıdır. İnanırıq ki, əlaqədar qurumlar üçüncü binadakı hazır mənzilləri ehtiyacı olan mətbuat təmsilçilərinə verməklə Milli Mətbuat Gününü jurnalistlər üçün həqiqi bayrama çevirəcəklər".






Fikirlər