TƏRTƏRdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu yayıldı - FOTO

Hərbçilərə işgəncə verənlərin HƏBS MÜDDƏTİ UZADILIB- "Tərtər işi" ilə bağlı 6 nəfər TUTULUB

Tərtər İşgəncələri”ndə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. Məhkəmə prosesində zərərçəkənlərin və dövlət ittihamçısının səsləndirdiyi tükürpədici faktlar  işgəncələri verən şəxslərin milli kimliyi ilə bağlı da suallar yaradıb.

Ancaq təəssüflə qeyd edək ki, günahsız insanlara amansız işgəncələri verənlər məhz Azərbaycan xalqının övladlarıdır.

Gununsesi.info-nun xəbərinə görə, “Tərtər İşgəncələri”ndə ağlasığmaz formada əzablara məruz qalan Nemət Məhərrəmov ona və digər hərbçi yoldaşlarını bu amansızlığı törədənlərin ikisinin fotosunu yayıb.

O sosial şəbəkədəki paylaşımında yazır:

 “Ruslan Mikayilov, biri də Polad Əzizovdur.  2017 -ci ilin mayında  “Tərtər  hadisələri”ndə mənə və mənim doyuş yoldaşlarima ağır işgəncə verib,  qətlə yetirən bunlardır. Hər kəs bunları tanısın”.

Qeyd edək ki, Məhərrəmov bəraət alan hərbçilərdən biridir.

 






Fikirlər