Emin Leyla Əliyevanı belə təbrik etdi - FOTO
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.
Sənətçi Leyla Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin yer aldığı fotonu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:
"Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara, və möhtəşəm övladlarımıza görə çox sağ ol. Xoşbəxt ol".
Qeyd edək ki, L.Əliyeva və E.Ağalarovun birlikdə nikahdan əkiz oğulları var.