"Space" TV ixtisara saldığı işçinin əmək kitabçasını vermir- Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət etdi

6 ailə üzvü faciəvi şəkildə ölən azərbaycanlı aparıcıya daha bir zərbə - FOTO, son xeberler

Tanınmış teleaparıcı Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət edib.

O, sonuncu iş yeri olan "Space" TV-dən şikayətçidir. "Dövlət başçısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xamım Əliyevaya müraciət etməyə məcbur oldum" deyən teleaparıcı "Space" MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"nin baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından" narazı olduğunu bildirib: "Artıq necə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan aprelin 1-i mənim müəllifi olduğum “Açıq söhbət” verilişini saat 21.00 da efiirə salınmasına baxmayaraq, efirdən çıxartdılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən mənim əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm siz mənə Vado Karovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha dogrudur. Əlimizdə sübut da var ki, face kontroldan kecməyib. Kadrlar şöbəsinin müfri deyir ki, mən onların sözündən çıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəyıikdir "Space"də yəqin ki. Mənim əlimdə olan sənəd bəs Vado Karovin üçün sübut deyil?Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilərhallandırır. Fətiyevlər də üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".
Z.Dadaşova üzünü Vado Karovinə tutaraq "Sizə Sevil xanım Əliyeva "Space"ni etibar etməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşnalıq edib, işçiləri incidəsiz" - deyə bildirib: "Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişlər efirdə yayımlayıb insanların əsəbiylə oynayırsız. Yəqin ki, "Space"də baş verənlərdən Sevil xanımın xəbəri yoxdur. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki, sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiz bu ölkənin qanunları var? Bilmirsiz, sizin mənə əmək kitabcasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiz, bu mənim əmək haqqı almamağına gətirib cıxarır? Siz nəslinizi haram pullarla bəlkə yedizdirməyə öyrəşmisiz, onun-bunun haqqına girərək. Mənim uşaqlarım halal pulla, məvaciblə dolanır. Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".

P.S. AzerTaym.az olaraq qarşı tərəfin də mövqeyini verməyə hazırıq.








Fikirlər