"Vitali Balasanyanla görüşmək istəyirik" - Natiq Qasımovun doğmaları - VİDEO
Doğma diyarımız Azərbaycan bütün dünyada qəhrəmanlar ölkəsi kimi tanınır. Əlbəttə ki, bu söz ölkəmiz üçün əbəs yerə deyilməyib. Çünki Vətənimiz hər zaman qəhrəmanlar yetişdirib. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara, xüsusən də bu diyarın gözəl guşəsi olan Qarabağa etdikləri təcavüzlər bir çox cəsur oğulları torpağının müdafiəsinə qaldırdı. Belə oğullardan biri də son günlərdə dillərdə dastan olan Natiq Qasımovdur. Bu igid haqqında çox şeylər danışmaq olar. Qısaca olaraq qeyd edək ki, adıçəkilən igidimiz Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdür. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib. Lakin onun sonrakı taleyi haqqında məlumat yoxdur. Natiq Qasımovun doğmaları RTV-yə özəl müsahibə veriblər və öz istəklərini dilə gətiriblər. Onların ən böyük istəyi Xocalı qatili Vitali Balasanyanla görüşməkdir. Həmçinin, Natiqə Milli Qəhrəman adının verilməsidir. Daha ətraflı RTV-nin sujetində: