“BİRDƏFƏLİK DEDİM, SAĞOLUN!” - Abutalıbov üzə çıxdı və qaçdı... + VİDEO
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov uzun fasilədən sonra kameralara yaxalanıb. “AzPolitika.info” xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasına qatılan Abutalıbovun sürətlə avtomobilinə doğru irəlilədiyinin videogörüntüsü yayımlanıb. Kadrlardan sabiq merin şux və sağlam olduğu diqqət çəkir. Hətta olduqca sürətlə getdiyindən gənc jurnalistlər ona çatmaqda çətinlik çəkiblər. H.Abutalıbov “hazırda nə işlə məşğulsunuz” sualına cavab vermək istəməyib. Yalnız “bir dəfəlik dedim, sağolun!” deyərək, kameralardan uzaqlaşıb. Bununla Abutalıbovun nə demək istədiyi isə qaranlıq qalıb... Qeyd edək ki, Bakıda və xüsusilə də Suraxanı rayonu ərazisində çoxsaylı villa və mənzilləri olan Abutalıbovun hazırda vaxtının böyük hissəsini ölkənin dilbər guşələrindən birindəki villasında “halal pensiyası” ilə dincəldiyi bildirilir .