Deputatdan işıq və qaz qiymətləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - "Limit məsələsi.."

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasındakı çıxışında əvvəlcə qanun layihələrinə davamlı dəyişikliklər edilməsinə etirazını bildirdi. “Qanun elə qəbul olunsun ki, ilboyu yamaq vurulmasın. Özü də bu dəyişikliklər xalqın istəyi ilə deyil, ayrı-ayrı məmurların istəyi ilə edilir”- deputat bildirdi.

Musavat.com-un məlumatına görə ardınca deputat qeyd etdi ki, qanunların ilkin variantının həcmi ilə dəyişikliklərdən sonrakı həcmi arasındakı fərqin də araşdırılmasına ehtiyac var: “Bu, bir tədqiqat istəyir, amma mən bu tədqiqatın kim tərəfindən aparılacağını deyə bilmərəm. Biz müəssisələrin ehtiyaclarını daha çox düşünməliyik, nəinki orada öz mənafeyini güdən qurumların”.



S.Rüstəmxanlı ardınca limitlərlə bağlı məsələyə etirazını bildirdi: “İşığın və qazın limiti məsələsi camaatı boğaza yığıb. Aparıb 100 manatı köçürürsən, görürsən 50 manatı yoxa çıxıb. Sən camaatın 50 manatını niyə oğurlamalısan!”






Fikirlər