Fərid Əhmədova 2 yeni müavin təyin edildi...

ferid-ehmedova-2-yeni-muavin-teyin-edildi

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub.

2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini - Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Baş Prokurorun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 

Ölkə başçısının müvafiq Sərəncamı ilə ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Toğrul Aydın oğlu Hüseynov isə 1986-cı ildə anadan olub. T. Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.

O, son təyinata qədər Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.






Fikirlər