Yardımlı meşələrində "COP29-a hazırlıq" işləri gedir - FOTOLAR
AzerTaym.az bildirir ki,etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə,11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2a saylı meşə dolayında el arasında "Pəhləcan" kimi tanınan yerdə adları "Qırmızı Kitab"a düşmüş sağlam ağaclar işlik material kimi kəsilərək Masallıdakı sexlərə daşınır. Bu işi həyata keçirən həmin dolayın gözətçisi Hacı Adıyevdir.
Yardımlı meşə dolayları barəsində araşdırmamız davam edir,odur ki bizi izləməkdə olun.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Qeyd:11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov redaksiyamızla əlaqə saxladı.O yazılanların yalan olduğunu və bu şəkillərin həmən əraziyə aid olmadığını bildirdi.Biz tərəfin doğru, hansı tərəfin yalan olduğunu deyə bilmərik.Araşdırıb tədbir görmək aidiyyatı qurumların süəlahiyyətinə aiddir.