Neftçilərin axtarışları yenə nəticəsiz QAlDI
"AZAL-ın helikopteri həm neftçiləri platformalara daşıyır, həm də axtarışlarla məşğul olur"
“Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 helikopteri, dalğıclar və gəmilər axtarış aparıblar. Bu gün də FHN-nin iki helikopteri axtarışlara başlayıb. Daha iki helikopter axtarışa qoşulacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin helikopteri həm neftçiləri platformalara daşıyır, həm də axtarışlarla məşğul olur.
Helikopterlər sahillərdə də axtarışlar aparırlar. Əgər neftçilər sahilə çıxıbsa o zaman onları da görmək mümkün olacaq".
Qərargahdan verilən məlumata görə, Azərbaycan tərəfinin xahişi ilə Xəzəryanı dövlətlərin Sərhəd Xidmətləri də axtarışlar aparır.
Hələlik yanğın söndürülməyib.
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb. 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Yanğın baş verən paltforma
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:
1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973
Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.
Onların da axtarışı davam edir.