SİYƏZƏNlilər icra hakimiyyətində: ”BU GÜNƏ KİMİ NİYƏ KÖMƏK ETMİRDİNİZ?” – VİDEO
Siyəzəndə sosial problemlərinə, qiymət artımına görə etiraz edənlər rayon icra hakimiyyətinin qarşısına yığışıblar. Sakinlər “Bu günə kimi niyə kömək etmirdin?!" deyə icra başçısı Asif Hüseynova sual edirlər. * * * Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib. APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Saxlanılanların olduğu bildirilir. Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir. Xəbər verildiyi kimi, yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib. Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər Siyəzəndə də bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Bir qrup rayon sakini isə Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışıblar. “AzPolitika”ya daxil olan məlumatlara görə, bu gün səhər saatlarından etibarən Siyəzəndə vəziyyət yenidən gərginləşib. Belə ki, əhali yenidən aksiyalara cəhd göstərir. Rayona Daxili Qoşunların cəlb olunduğu haqda da, hələ ki, təsdiqlənməyən xəbərlər var. Dünənki aksiyadan sonra saxlanılanların olduğu da bildirilir.
***