“YERİMƏ MƏNDƏN AĞILLI TƏYİN OLUNSA, SEVİNƏRƏM” - Hacıbala Abutalıbov + VİDEO
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Tarqovu”da (Nizami küçəsi) jurnalistlərin suallarını cavablandırıb. Sürücüsü gözləyən Bakı meri qısa müddətlik müsahibə ərzində bir neçə mövzuya toxunub. O, Bakının qarlı havasından, “Sovetski”dəki hazırkı vəziyyətdən, gündəm yaradan “NAZ-Lifan” maşınlarından və hətta “siyasi məhbus”lardan da danışıb. Ən maraqlı açıqlamanı isə öz vəzifəsini kimə rahatlıqla təhvil verə biləcəyindən danışarkən verib.
“Sovetski”də söküntü işləri davam edəcəkmi, Bakı meri “Nazlifan”a minərmi, yeni icra hakimi kim ola bilər – Hacıbala Abutalıbov bu sualları cavablayır. Bakı meri “siyasi məhbus”lardan da danışır
Azadlıq.org-a istinadən həmin müsahibəni təqdim edir: