“EVRASCON” ASC-yə qarşı qarayaxmalara cavab - ÖZƏL
Minlərlə vətəndaşımızı işlə təmin edən şirkətə qarşı “qara piar” aparmaq hansı vicdana sığır? Son günlər bəzi KİV-lər “Evrascon” ASC-nin (Keçmiş “Azərkörpü” ASC-nin) Qazaxıstanda çalışan 100-ə yaxın işçisinin beş aydır əmək haqlarını ala biləməsi və bu səbəbdən də tətil elan etdikləri barədə məlumatlar yayılır. Qeyd edək ki, müəyyən mətbuat orqanlarının ətrafında ciddi süni ajootaj yaratmağa çalışdığı bu məsələ artıq öz həllini tapmaqdadır: belə ki, işçilərin bir qisminin maaşı artıq ödənilib, kiçik bir qisminin maaşın isə hazırda ödənilməkdədir. Obyektivlik naminə onu da demək lazımdır ki, “Evrascon” ASC Azərbaycanın ən böyük və təcrübəli tikinti şirkətlərindən biridir. Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı inşaat layihələrinin icrası ilə məşğul olan bu şirkət minlərlə ailənin qazanc mənbəyidir. Şirkət üzərinə götürdüyü layihələrin icrasını vaxtında və keyfiyylə yerinə yetirməyə çalışmaqla bərabər, öz fəaliyyətində Əmək Qanunvericiliyinin tələblərini əsas kimi götürürür və işçilərinin hüquqlarına, onların sosial müdafiəsinə diqqətlə yanaşır.Bununla belə, təəssüf ki, müəyyən obyektiv səbəblərdən, xüsusilə dünyanın bürüyən iqtisadi böhranın şəraitində bəzi xırda problemlərin yaranması qaçılmaza çevrilir, amma bunu şişirdərək və əlavə rəng verərək süni informasiya ajiotajı yaratmaq heç bir məntiqə və vicdana sığmır. “Evrascon” ASC, öz fəaliyyətini günün tələbləri və müasir standartlar səviyyəsində qurmuş bir şirkət olaraq, ona qarşı bəzi KİV-lərin qarayaxma kampaniyasını əhəmiyyət vermədən yoluna uğurla davam edir. Yeri gəlmişkən, müəyyən media orqanlarının adıçəkilən şirkəti Baş nazirin müavini Abid Şərifovla əlaqələndirmək cəhdləri də yalnız və yalnız təəssüf doğurur. Bu cür məlumatlar cəmiyyətdə həm Abid müəllim, həm də “Evrascon” barədə mənfi fikir formalaşdırmağa xidmət edir. Bu cür qarayaxma ilə məşğul olanlar unutmamalıdırlar ki,Abid müəllim bütün şüurlu həyatını Azərbaycan xalqına və dövlətinə xidmətə həsr edib, onun adı ətrafında bu cür spekulyasiyalar əhəmiyyətsizdir. Onsuz da cəmiyyət kimin kim olduğunu bilir. “Evrascon” ASC isə fəaliyyətini yalnız və yalnız Azərbaycan qanunvericiliyinin tələbləri əsasında qurmuşdur. Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələ gətirir. "AzerTaym.az"