14.01.2014. - Əlixan Musayev Qamət Süleymanovun ittihamlarına cavab verib

14.01.2014.  -  Əlixan Musayev Qamət Süleymanovun ittihamlarına cavab verib Ə. Musayev bəyanatda Qamət Süleymanovun fəaliyyəti və onun məqsədləri haqqında fikirlərini açıqlayıb: “Əbu Bəkr” məscidi ətrafında baş verən məlum hadisələrdən sonra geniş kütlə arasında nüfuzunun get-gedə aşağı düşməsini görən Qamət Süleymanov artıq neçənci dəfədir ki, fitnələrə əl atır. Məni təkfirçilikdə ittiham edən Qamət Süleymanov yaydığı bəyanatla faktiki olaraq özü məni təkfir edib. Bunun da müəyyən səbəbləri var. İslam elmləri cəhətdən demək olar ki, dərin məlumatı olmayan Qamət Süleymanovun ətrafında bir zamanlar toplaşan qardaşlar onun naşılığı və səriştəsizliyinə əmin olduqdan sonra daha doğru söz deyən, daha elmli insanların axtarışına çıxıblar.

Bunu anlayan Qamət Süleymanov isə aşkar, intellektual, elmi bəhslərdə aciz olacağını əvvəlcədən anlayaraq belə çirkin, İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır, yanındakı qardaşları da aldadır və səhv yola yönəldir. Bu fitnə artıq əhli-sünnə və camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara (İçərişəhər məscidi, Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə) gətirib çıxarıb. Bu da bir müsəlman kimi məni çox üzür və onun səhvlərini anlayaraq tövbə edib Allahdan bağışlanmaq üçün rəbbimizə dua edirəm”.






Fikirlər