ƏSGƏRLƏR üçün ayrılmış ƏRZAQLAR bazarda SATILIR - FOTO
Azərbaycan Ordusuna verilən ərzaq məhsullarının daxili bazarda satılması halları uzun illər əvvəllərə təsadüf edən hadisələrdəndir.
Elə bu səbəbdəndir ki, on ildən artıqdır ki, əsgər yeməklərini bazarlarda tapmaq qeyri-mümkün idi. Niyə məhz «idi» yazırıq? Ona görə ki, bu ənənənin artıq pozulmasına dair ilk məlumat üzə çıxıb. JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılmış informasiyada iddia edilir ki, Sərhəd Qoşunlarının əsgərləri üçün ayrılmış mal əti konervləri Siyəzən bazarlarında açıq şəkildə satışa çıxarılıb.
Üzərində «Satış qadağandır» və «Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarına məxsusdur» sözləri yazılmış konservlərin kimlər tərəfindən satışa çıxarıldığı məlum deyil. Hadisənin şahidi olan şəxs hətta həmin konserv qutularının fotolarını da yayımlayıb.
Qeyd edək ki, belə bir halın yaşanması olduqca təhlükəlidir. Çünki əsgərlərimiz üçün nəzərdə tutulmuş ərzaqların bazarda satılması yolverilməzdir. Belə bir halın qarşısı qətiyyətlə alınmalıdır ki, sabah analoji olaylar yaşanmasın. Şübhəsiz, Sərhəd Qoşunları komandanlığı bu prosesin qarşısını alaraq, bu işdə əli olanları qanuni formada cəzalandıracaq.