Ailəsindən İsa Qəmbərin İNSUİT keçirməsi xəbərinə SƏRT REAKSİYA (YENİLƏNDİ)

Ailəsindən İsa Qəmbərin insult keçirməsi xəbərinə SƏRT REAKSİYA

İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər Modern.az-a həyat yoldaşının insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib: “İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.

Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

***

Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib.

Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.






Fikirlər