“AKULA” AĞALAROVUN ADAMINI “UDUB” ÇOVDAROVA ÖTÜRDÜ – 300 min aldı…
Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır. Virtualaz.org qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də “Real MTK” mənzil-tikinti kooperativinin təsisçisi İlham Qasımovun və şəriklərinin (İlham Qasımov özü də iri məbləğdə dələduzluqda ittiham olunur, hazırda məhkəməsi gedir-red) Akif Çovdarov-Eldar Mahmudov ikilisi tərəfindən necə soyulması barədədir.
Həmin epizodda Çovdarovun adamlarının MTN-in darmadağın edilməsinə günlər qalmış İlham Qasımovun bacısı oğlunun “Sofiya” şadlıq sarayında keçirilən toy mərasiminə necə basqın etməsindən, Qasımovun toya Moskvadan qonaq gəlmiş dostu Tofiq İbrahimovun sürücüsünün və avtomobilin, habelə Namiq Orucov adlı şərikinin necə MTN-ə aparılmasından bəhs olunurdu. Onlar birlikdə Çovdarova 400 min dollardan çox pul verib canlarını qurtarıblar.
Orucov Namiq Xudakərim oğlu-keçmiş polis mayoru, “Akula”nın dostu Belə məlum olur ki, “Real” MTK-nın şəriki olan Namiq Orucov polis mənşəlidir, 1989-cu ildən polis orqanlarında sıravi əməkdaş kimi xidmətə başlayıb. 2003-cü ildə mayor rütbəsində istefaya çıxıb. Sonuncu iş yeri Binəqədi polisində narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi vəzifəsi olub. 2005-ci ildən biznesə girib, özünün dediyi kimi Dubayda “Renta Car” adlı şirkəti , Bakıda obyekti var. “Real” MTK-nın şərikidir. Eldar Mahmudov “kilkə”ni necə “akula”ya çevirdi…
N.Orucovun nəql etdiklərindən belə məlum olur ki, onun və Tofiq İbrahimovun“Akula Akif” kimi tanınan Akif Mustafayevlə əvvəllərdən dostluq münasibətləri olub. Özü də Akif əvvəllər akula-filan deyilmiş, uzaqbaşı “kilkəymiş”, olduqca kasıb yaşayan biriymiş, yəni cındırından akulalar özü hürkərmiş. Bacıoğlunun toyu-çağrılmış və çağırılmamış qonaqlar Beləliklə, Tofiq İbrahimov 2015-ci il sentyabrın 10-da (Mahmudovun işdən çıxarılmasına cəmi bir aya yaxın qalmış) Moskvadan Bakıya gəlir. Niyə gəlir, toy dəvəti alıb Bakıya təşrf buyurur, yoxsa başqa səbəbləri də olur, bu haqda təfərrüatlar məlum deyil. Ancaq o məlumdur ki, sentyabrın 14-də Bakıdakı “Sofiya” şadlıq sarayında İlham Qasımovun bacısı oğlu Kənanın toyu idi. Həmin gün N.Orucov T.İbrahimovun 99 XE 999 dövlət nömrə nişanlı “Mercedes Galendewagen” markalı avtomobilində onunla birlikdə toya gedib.
Saat 22.10 radələrində dostlarla birlikdə şadlıq evinin həyətinə hava almağa çıxır. Elə bu an çoxlu sayda silahlı MTN qara maskalıları onlara basqın edir, qara maskalıların hücumun görən keçmiş polis işçisi qorxusundan şadlıq evinin içərisinə, foyeyə qaçır ki, bəlkə gizlənə bildi. Lakin qara maskalılar onu foyedə yaxalayıb, yerə yıxıb qollarını burub və döyə-döyə ağ rəngli maşına mindirərək MTN-ə aparıblar. “Səniydin əə, biz telefonda söyən?” Qara maskalıların bir hissəsi isə Tofiq İbrahimovun maşınında gözləyən sürücüsü Gülağanı qaranlıqda Tofiq zənn edib onu da maşınla birlikdə MTN-ə aparıblar. MTN-in komendaturasının dəhlizində onu və qollarına qandal vurulmuş Gülağanı səhərə qədər saxlayıblar. “Akula” Çovdarovun işçisinə diaqnoz qoyur: “Şərəfsiz, cındır…”
Belə məlum olur ki, Vüqarın barəsində həmin diaqnozu qoyan əslində “Akula” olub. Çünki Qasımovun şəriki Nurlanın narkotik ittihamı ilə saxlanıldığını eşidəndə “Akula”ya zəng vurub. “Akula” isə deyib ki, Vüqar cındırın, şərəfsizin biridir, pul almasa “uşağı” buraxan deyil. “Bu ki Tofiq deyil!” Bu məqamda haşiyə çıxaraq qeyd edək ki, Tofiq İbrahimovun sürücüsünün onun əvəzinə səhvən tutulması MTN-də məlum olur. Gülağanın ifadəsinə əsasən onun başına keçirdikləri torbanı çıxaranda içəridəkilərdən kimsə qara maskalılara qəzəblənir, qışqırır, əlini masaya vurub deyir: “Bu Tofiq deyil, səhv gətirmisiniz”. Buna baxmayaraq sürücünü buraxmayıblar, səhərə qədər saxlayıblar və Namiq Orucovla birlikdə yenidən başlarına torba salaraq səhər Çovdarovun otağına aparıblar. Çovdarov yumruq zərbəsi endirib dedi: “Aparın bu koakin alverçilərini!” Namiq Orucov nəql edir ki, Çovdarov onu görən kimi bağırdı, söyüş söydü və sağ tərəf qabırğasının üstündən yumruq zərbəsi endirib dedi: “Aparın bunları salın içəri, kokain alverçiləridir, bunların hamısını içəri salacam”. MTN-də Orucova hətta qalıq da qaytarıblar, saatını isə əkişdiriblər
N.Orucov deyir ki, toya gedəndə cibində 8200 dollar var idi. MTN əməkdaşları onu tutanda həmin pulu da alıblar və qolundakı bahalı saatı çıxarıblar. Keçmiş polis işçisini MTN-dən buraxanda Vüqar-Çovdarovun işçisi pulun 5200 dollarını qaytarır, 3 minini özünə götürür. Saatı da vermir. Tofiqlə “Akula”nın görüşü, “Narşərab”da… Tofiq danışır ki, MTN qara maskalılarının şadlıq evinə basqınından sonra həmin gecə “Narşərab” restoranında “Akula” ilə görüşüb, ondan kömək istəyib. “Akula” elə onun yanındaca Çovdarova zəng vurub, deyib: “Akif, nə lazımsa edək, amma Tofiq ora (MTN) gəlməsin, mənim dostumdu”.
“Akula”nın yeri bilindi N.Orucovun bildirdiyinə görə, hadisədən təxminən bir ay sonra-Mahmudovun işdən çıxarılmasını eşidən kimi “Akula” Azərbaycandan qaçıb. Orucov bu ifadəni istintaqa 2015-ci il noyabrın 1-də verib. Bildirib ki, dünən-oktyabrın 31-də “Akula” onun zərərçəkmiş kimi prokurorluğa çağırıldığını haradansa eşidərək ona zəng vurub. İspaniyanın Barselona şəhərində olduğunu deyib. Özü bildirib ki, Barselonada evi var. “Akula” Namiq Orucovdan xahiş edib ki, prokurorluqda onun adını “bu məsələlərdə” hallandırmasın. Çovdarov vurub, qabırğası çat verib Namiq həmçinin deyib ki, Çovdarovun ona endirdiyi yumruq zərbəsinin yeri hələ də (zərbənin üstündən ay yarım keçmiş) ağrıyır. Ona görə də narahat olub, sentyabrın 15-də İstanbula uçaraq “Life” klinikasında zərbənin yerini müayinə etdirib. Həkimlər deyiblər ki, onun sağ qabırğa nahiyəsində xırda çatlar var, aktiv hərəkət etməsə bir-iki aya keçib gedər. Və müayinənin nəticəsini də istintaqa təqdim edir… Kokain alverçisi “Proqram Namiq?” Virtualaz.org qeyd edir ki, istintaq “Sofiya” şadlıq sarayına basqın etmiş MTN-çilərdən şahid qismində F.Hüseynovun da ifadəsini alıb. Həmin əməkdaş ifadəsində deyib ki, əməliyyata Çovdarovun əmri ilə gedib. Və onlarda olan əməliyyat məlumatlarına əsasən Namiq Orucov özü də kokain istifadəçisi olmaqla bərabər imkanlı şəxslərə kokainli kef məclisləri təşkil edirmiş. Və MTN-çilər Ağanı izləyərək onu “Sofiya” şadlıq sarayının qarşısında Gülağa ilə birlikdə tutublar. Qalan MTN-çilər isə foyedə Namiqi yaxalayıblar. Lakin nə işdisə cinayətin dəlilini-“külli miqdarda” kokaini ələ keçirə bilməyiblər. “Qarışıqlıqdan istifadə edən” Ağa kokain bağlamasını harasa tullayıb…
İndi virtualaz.org MTN qara maskalılarının toya basqın epizodu üzrə yeni və sensasion məqamları oxuculara çatdırır. Bu məqamlar Namiq Orucovun ifadəsində yer alır.
Orucov deyir ki, İlham Qasımovun bacısı oğlunun toyuna gələn Tofiq İbrahimovla da dostdur. Bəs İbrahimov özü kimdir?
Orucov bildirir ki, İbrahimov Tofiq Telman oğlu biznesmendir, Moskvada yaşayır, “Crocus City” şirkətinin (məşhur azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun şirkəti) tikinti üzrə rəhbəridir. Hal-hazırda da Moskvada yaşayır, Rusiya vətəndaşıdır.
Lakin Eldar Mahmudov nazir təyin olunandan sonra Akifin ulduzu parlayıb, qəfildən çox pullanıb və artıq onda kasıblıqdan əsər-əlamət qalmayıb. O, MTN-ə pulla adam işə düzəltdirirmiş, həbs olunanları buraxdırırmış və digər bu kimi “milli təhlükəsizlik məsələlərində” Eldar Mahmudova yardım edirmiş. Əvəzində də təbii ki, muzdunu alırmış.
Beləsi üçün nə dostluq, nə qardaşlıq? Mahmudov və ətrafı üçün müqəddəs heç nə yox idi və Orucov sonralar başa düşür ki, onların barələrində MTN-ə dosye yığıb ötürən də elə dost dedikləri “Akula” olub.
Səhər açılanda Akif Çovdarovun rəhbərlik etdiyi idarənin Vüqar adlı işçisi və Çovdarovun Saleh adlı müavini komendaturaya gəlir. “Sən idin əə, bizi telefonda söyən?”-Çovdarovun cəlladları ona bağırır.
Bu vaxt Namiqin yadına düşür ki, cəmi bir neçə gün əvvəl-sentyabrın 4-də İlham Qasımovun oğlu Nurlanı evlərinin qarşısından oğurlayıb aparan Vüqar idi və o həmin hadisə ilə bağlı şəriki ilə danışanda belə ifadə işlətmişdi: “Vüqar şərəfsizin biridir, pul almasa buraxan deyil”.
Və Orucov indi başa düşür ki, onun telefonlarını Çovdarovun işçiləri dinləyirmiş. Keçmiş polis işçisini və Tofiqin sürücüsünü səhər saat 9 radələrində başlarına torba keçirərək Çovdarovun hüzuruna aparırlar.
Orucovu Çovdarovun otağından çıxarıb müavini Salehin otağına aparırlar. Orada Saleh deyir ki, Çovdarov tapşırıb, 1 milyon dollar versə buraxa bilərlər. N.Orucov bu qədər pul verməyə imkanının olmadığını deyir, çox çək-çevirdən sonra tərəflər 100 min manata razılaşırlar.
Saleh N.Orucovdan Tofiq İbrahimovun yerini də soruşub. Həmin axşam toyda MTN əməliyyatçılarının səhvindən istifadə edən Tofiq qaçıb gizlənə bilmişdi. MTN-də xəbərdarlıq ediblər ki, Tofiq heç yana qaça bilməz, onun ölkədən çıxışına “stop” qoyulub.
N.Orucovun telefonunu özünə qaytarırlar ki, pul məsələsini həll etmək üçün zəng vursun. Namiq Orucov MTN-dən qardaşı Elçinə zəng vurur, “Təcili 100 min pul düzəlt, Şahinə (böyük qardaşı) ver, MTN-ə gətirsin “ deyir. Sonra Şahinə də zəng vurur, telefonunu qaytarıb alırlar. Axşam saat 18 radələrinndə Namiqin qardaşı Şahin özünə məxsus “Lexus” markalı avtomobillə pulu MTN-in qarşısına , Mərkəzi Klinik Xəstəxananın yaxınlığına gətirir. Pulu Çovdarovun işçisi Vüqar gedib götürür. Pulu alandan sonra N.Orucovu və sürücü Gülağanı 30-40 dəqiqə də saxlayıb MTN-dən buraxırlar.
MTN-dən buraxılan N.Orucov elə həmin gecə dostu Tofiqə zəng vurur, onlar Tofiqin Şüvəlandakı bağ evində görüşürlər. Dostlar başlarına gələnləri bir-birlərinə nəql edirlər. Tofiq danışır ki, həmin axşam şadlıq evinin qarşısından onun “Galendewagen”ini də MTN-ə aparıblar.
Haşiyə: T.İbrahimov Moskvada yaşayıb işləsə də Bakıda dəbdəbəli villası var, həmin avtomobili də Bakıya gələndə minib gəzmək üçün alıbmış, villanın qarajında saxlayır.
Çovdarov isə əvvəlcə “ 1 milyon versin, ölkədən çıxmasına icazə verək”deyib. Ancaq “Akula” guya dostuna yardım edib, xahiş-minnətlə məbləği 300 minə endirib. Tofiq ertəsi gün İlham Qasımovdan 300 min dollar (Qasımovun dediyi kimi bu məbləğin 100 mini özündə olub, qalan 200 minini isə “Rolls Royce” markalı avtomobilini maşın alverçisinə girov qoyaraq 200 min dollar götürüb) borc alıb. Həmin pulu “Akula”ya verib və yalnız bundan sonra T.İbrahimovun ölkədən çıxmasına qoyulmuş “stop” götürülüb. Tofiq 2-3 gün sonra Moskvaya qayıdıb.
Çovdarovun işçisinin iddiasına görə həmin gün N.Orucov Ağa adlı şəxsə kokain sifariş vermişdi. Ağa isə kokaini Fuad adlı şəxsdən almalı idi. Toy günü axşam saat 20 radələrində Ağa külli miqdarda kokaini Fuaddan alıb Namiqə çatdırmaq üçün onunla “Sofiya” şadlıq sarayının qarşısında görüşüb, bilmədiyi məbləğdə pulu alıb və Azadlıq prospektində yerləşən “Proqress” marketin qabağında Fuada çatdırıb. Kokaini götürüb şadlıq sarayına qayıdıb. Dediyinə görə “əməliyyat şəraiti” marketin qabağında kokain-pul mübadiləsi edənləri saxlamağa imkan verməyib.