
Baş nazirin sabiq müavini (1995-2018-ci illərdə) Abid Şərifov mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb.
O,"AzerTaym.az"-a açıqlamasında Heydər Əliyevi "Azərbaycanın xilaskarı" adlandırıb.
Daha sonra Abid Şərifov deyib:
"Mən ömrümün sonunadək Ulu Öndər Heydər Əliyevə borcluyam. Allah ona rəhmət etsin! Ruhu hər zaman şad olsun! Onsuz da Ulu Öndərin övladları hər zaman onun ruhunu şad edir".
A.Şərifov bildirib ki, Heydər Əliyev olmasaydı, müstəqil Azərbaycan olmayacaqdı:
"Birmənalı və qəti olaraq deyirəm ki, Ulu Öndər olmasaydı, indiki çiçəklənən Azərbaycanımız olmayacaqdı. Azərbaycanı yaradan, quran rəhmətlik Heydər Əliyev olub. O, tarixdə təkrarolunmaz liderdir. Ona görə də mən ömrümün axırına qədər Ulu Öndərə borcluyam".
Xatırladaq ki, mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ili tamam olacaq.
AzerTaym.az