Səfər Mehdiyevin "GÖZ OXŞAYAN" təbliğatı və ya basabasa düşən sərhədlərimiz... - FOTOLAR
Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb. "BakuPost" xəbər verir ki, tıxac Gürcüstan tərəfdən Azərbaycana keçid zamanı müşahidə olunub. Belə ki, qonşu ölkədən Azərbaycana keçmək istəyənlər saatlarla gözləməli olub. Sərhədi keçmək istəyən insanlar ölkəyə demək olar ki, 1-1 və uzun müddət ərzində yoxlanılaraq buraxılıb. Maşınlar isə saatlarla növbədə gözləməli olub. Böyük insan və maşın tıxacının yaranması isti havada gözləyən insanların səhəttində ciddi problemlər yaradıb. Bir neçə nəfərin halı pisləşib və ətrafdakı insanlar ona müdaxilə ediblər. Qeyd edək ki, hər il yay ayları ərzində Azərbaycan-Gürcüstan sərhədində anoloji hal yaşanır/Azpolitika.info. Mia.az-ın əldə etdiyi məlumata görə, "Sınıq körpü"dəki son iki aydakı vəziyyət həqiqətən dözülməzdir. Belə ki, gömrükdə rəhbər dəyişikliyindən sonra yeni sədr Səfər Mehdiyevin "göz oxşayan" təbliğatı, əslində, bir çox ciddi problemlərə yol açıb: "Bu dəqiqə gömrük sistemində əsasən kimin hökmünün külək əsdirdiyini müəyyən dairələr bilsə də, hələki susurlar. İndi üzdə görünən Səfər Mehdiyev olsa da, əslində onun qohumları bu sistemində hegemon statusa çevriliblər. Gömrükçülərdən soruşmaq lazımdır: Fərman kimdir və onu Səfər Mehdiyevlə hansı qohumluq telləri bağlayır? Bu sualı verməkdə məqsəd odur ki, Səfər Mehdiyev gömrüyə rəhbər təyin ediləndən sonra sərhəddə "ciddi yoxlanış" adı altında yaşanan etirazlar günü-gündən böyüyür. Bir bunlardan soruşan yoxdur ki, necə olur belə basabaslar gürcü tərəfdə yoxdur?! Niyə?! Demək ki, ən yüksək texnika, avadanlıqlarla, həmçinin çox gözəl infrastrukurlu bina ilə təmin olunmalarına baxmayaraq, ya gömrükçülərimiz qeyri-peşəkardır, ya da özləri qəsdən belə edirlər. Amma bilməlidirlər ki, gec-tez bu, prezidentin diqqətini çəkəcək və o zaman cəzadan yaxa qurtara bilməyəcəklər...".