Ramil Səfərov həbsxana FOTOLARINI yaydı

Ramil Səfərov həbsxana FOTOLARINI yaydı

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Macarıstanda həbsxanada olduğu illərdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.

Publika.az xəbər verir ki, R.Səfərov həmin fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini qeyd edib.

Qeyd edək ki, R.Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.






Fikirlər