Ramil Səfərov həbsxana FOTOLARINI yaydı
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Macarıstanda həbsxanada olduğu illərdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Publika.az xəbər verir ki, R.Səfərov həmin fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini qeyd edib. Qeyd edək ki, R.Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.