Arif Hacılı BŞBPİ-yə çağırılıb
Müsavat Partiyasının başqanı Arif Hacılı sentyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə APA-ya A. Hacılı məlumat verib. O qeyd edib ki, bu gün BŞBPİ-dən zəng vurub və Milli Şuranın sentyabrın 11-nə, Müsavat Partiyasının isə sentyabrın 18-nə təyin edilmiş mitinqi ilə bağlı idarəyə dəvət ediblər: “Bildirdilər ki, mitinqin təhlükəsizlik məsələləri ilə bağlı mənimlə söhbət aparacaqlar”.