PUL insanı necə DƏYİŞDİRİR? - ARAŞDIRMA...
Varlı insanların daha xəsis və daha az etibarlı olduğunu göstərən araşdırmalar həqiqətə nə qədər uyğundur? "AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, BBC mövzu ilə bağlı araşdırma dərc edib. Bu, mütləq hər kəsin başına gəlibdir. Hər birimiz dostlarımızla bir yerə yemək yeməyə və ya bir şey içməyə gedirik. Növbə hesabı ödəməyə gələn zaman qrupda maddi vəziyyəti ən yaxşı olan insan əlini pulqabına hamıdan sonda uzadır. Hər zaman belə xəsis olduqları üçünmü belə zəngin olublar, yoxsa zəngin olmaq onları belə xəsis edib deyə maraqlanarasınız. Bu, qarışıq bir məsələdir. 1993-cü ildə aparılan bir araşdırmada iqtisadiyyat fakültəsində oxuyan tələbələrin digər tələbələrlə müqayisədə xeyriyyə təşkilatlarına daha az kömək etdikləri, həmrəylik tələb edən oyunlarda çox da həmrəylik göstərmədikləri müşahidə edilib. Tələbələr tədrisin əvvəlində və sonunda qiymətləndirlidiyində digər fakültələrdəki tələbələrin məzuniyyətə doğru daha səxavətli olduqları, iqtisadi fakültədə oxuyanların isə tədrisin əvvəlində və sonunda da eyni, əldən bərk hallarını qoruyub saxladıqları müəyyən edilib. Əlbəttə ki, bu ümumi müqayisədir. Kömək etməyi xoşlayan iqtisadçı tələbələr də var.
Gəlir mənbəyi yüksək olanların həddən artıq fədakar davranışlar edə biləcəyini göstərən araşdırmalardan biri də ABŞ-da həyata keçirilib. Fərqli ştatlarda, tanımadıqları insanlara böyrəklərini bağışlayan adamlar nəzərdən keçirilib. Rifah səviyyəsi yüksək olan bölgələrdə daha çox böyrək bağışlandığl müşahidə edilib. Səhvi qəbul etməmək California Universitetində aparılan başqa bir araşdırmada isə “Titanik-də olsaydım xilasetmə gəmilərinə minmək haqqı olan ilk insanlardan biri mən olmalıydım” ifadəsinə zənginlərin daha çox səs verdikləri məlum olub. Bundan başqa zənginlərdə səhvini qəbul etməmək və hər işdə yaxşı olduqlarını düşünmək meylinin daha güclü olduğu müəyyən edilib. Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsi olanlardan ibarət qrup üzvlərinə 10 dollar verilib və bunun nə qədərinin xeyriyyə təşkilatlarına bağışlanacağı nəzərdən keçirilib. Gəlir səviyyəsi daha az olanların daha çox yardım etdikləri müşahidə edilib. Lakin bu insanlar bu sınağa qatılmadan əvvəl zəngin olublar. Bəlkə də onları belə davranmağa vadar edən zəngin olmaqları deyil, onlar bəlkə də bu davranışları sayəsində zəngin olublar.
Dünya mənim ətrafımda fırlanır düşüncəsi Bəs həqiqətdə deyil, Monopoly oyununda, sonradan oyunun tələbi olaraq zəngin olanların davranışı dəyişirmi? Bu vəziyyətdə çoxunun daha səs-küylü olmağa və masadakı lovğadan daha çox pay almağa başladığı müşahidə edilib. Buna necə nail olduqları soruşulduqda isə nə qədər səy göstərdikləri və ağıllı qərar verdiklərindən söhbət ediblər. Bəlkə də müvəqqəti belə olsa pul sahibi olmaq insanı dünyanın onun ətrafında fırlandığını sanmağa vadar edir. San-Francisco-da aparılan başqa bir sınaqda isə zebra keçidində piyadaların keçməsi üçün bahalı avtomobil sahiblərinin, yoxsa kasıb avtomobillərin daha çox dayandığı müşahidə edilib. Kasıb avtomobillərin hamısının dayandığı, bahalı avtomobillərin isə sadəcə yarısının dayandığı məlum olub. Niderlandda 9 min nəfərin iştırak etdiyi və ildə 4 dəfə aparılan başqa bir araşdırmada isə sosial iqtisadi vəziyyəti yüksək olan insanların daha müstəqil davrandığı və digərləri ilə daha az ünsiyyət qurduqları müəyyən edilib. Maliyyə etibarına əsaslanan oyunlarda isə zəngin oyunçuların rəqiblərinə xəyanəti kasıblardan daha çox deyildir.
Xeyriyyə təşkilatlarına ianə Bəs xeyriyyə təşkilatlarına edilən ianələr mövzusunda vəziyyət necə idi? Klassik araşdırma onu göstərir ki, ən kasıblar və ən varlılar orta təbəqəyə nisbətən daha çox ianə verirlər. ABŞ-da xeyriyyə təşkilatlarına edilən orta ianə nisbəti gəlirin 2,3 faizi səviyyəsində müşahidə edilir. Gəliri 300 min ABŞ dollarını ötən 2 faizlik kəsimdə isə bu nisbət 4,4 faiz təşkil edir. Boston-da aparılan bu araşdırma zənginlərin orta təbəqənin inasanlarından nə daha çox, nə də daha az səxavətli və xeyriyyəçı olduğunu göstərir. Sadəcə yuxarıdakı zənginlər çox güman ki imkanları çatdığı üçün daha çox ianə verə bilirlər.