O biri “DÜNYADAN” oğurluq EDƏNLƏR

Bakıdakı ən böyük məzarlıqlar səliqəli təsir bağışlasa da, bu hal bütün məzarlıqlar üçün keçərli deyil. Vətəndaşlar məzarlıqlara gedən yolların baxımsız olmasından şikayətlənir. 

Ümumiyyətlə, məzarlıqlarda hansısa qəbir daşının dağılması kim tərəfindən bərpa olunmalıdır? 

Həmçinin, qəbiristanlıqların mühafizəsi necə həyata keçirilir?

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a açıqlamasında deyib ki, hər bir məzara vətəndaş nəzarət etməlidir.

“Əvvəla, Bakıda baxımsız məzarlıqdan söhbət gedə bilməz. Amma baxımsız məzara rast gəlmək mümkündür. Ona görə dəhər bir məzara vətəndaş xidmət etməlidir. Biz sadəcə olaraq məzarlığa gedən yolların təmizliyinə, abadlaşdırılmasna nəzarət edirik. 

Bakıda yerləşən 32 məzarlıq bizim nəzarətimizdədir. Digərləri isə icra hakimiyyətlərinin, bələdiyyələrin balansındadır. Məsələn,Kürdəxanı, Pirşağı, Zirə qəbiristanlığına biz nəzarət etmirik

 Qurumun baş mühəndisi deyir ki, gecələr məzarlığa nəzarət edilmədiyindən oğurluq halları baş verir. 

“Qurumun işçiləri səhər saat 8-dən axşam saat 7-yə qədər qəbiristanlığa nəzarət edirlər. Gecə məzarlıqlara nəzarət etmirik. E məzarlıqlar var ki, nə qapısı, nə də açarı var. Bu cür məzarlıqlara nəzarət edilmir. Məsələn, Zabrat məzarlığında dəmir arakəsmələr vardı ki, gecə vaxtı onu gəlib oğurlayıb aparmışdılar. Adətən, məzarlıqdan ya daş, ya da dəmir parçası oğurlanır. Ümumiyyətlə, bu cür hallarla rastlaşırıq. Dərhal polis əməkdaşlarının köməkliyi ilə məzarlıqları dağıdan insanlar məsuliyyətə cəlb olunur. Bu yaxınlarda Zabrat qəbiristanlığında da oğurluq hadisəsi qeydə alınmışdı. Əslində, Azərbaycanda məzarlıqlarla bağlı qorxu tendensiyası var. Gecə kimsə məzarlığa gəlmir. Amma sırf oğurluq məqsədilə gecə qəbiristanlığa gələnlər olur. Onlar da dərhal məsuliyyətə cəlb olunur”.






Fikirlər