1420 Azərbaycanlı HƏCCƏ GEDİR...

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 1420 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib. Onların arasında təxminən 15-ə yaxın şəxs əvvəllər Həcc ziyarətində olanlardır.

Bildirilib ki, Azərbaycan üçün ayrılan kvotadan hazırda cəmi 20 boş yer var və bir-iki günə bu yerlərə də sənəd veriləcəyi gözlənilir. Bu il üçün kvotanın artırılması planlaşdırılmır.

Məlumata görə, Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.

Qeyd edək ki, Həcc ziyarəti avqust ayında olacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb.






Fikirlər