Bir ölkə, altı PREZİDENtT

Günün fotosu: Bir ölkə, altı prezident

Bu şəkildəkilərin hamısı prezidentdir. Hamısı da eyni ölkənin. ABŞ-ın. 

Bu ölkədə "eks-prezident" deməyi sevmirlər, üzünə qarşı "prezident" deyirlər, arxasınca "-cü (cı, ci) prezident", yəni nömrəsiylə.
Bunlardan biri 44-cü, biri 43-cü, biri 42-ci, biri isə 40-cı prezidentdir. 41-ci prezident, Ronald Reyqan bir neçə il öncə vəfat edib.
Şəkildəkilər isə sırayla bunlardır: Corc Buş (ata), Barak Obama, Corc Buş (oğul), Bill Klinton və Ceyms Karter.
Onlar dövlət üçün ən təntənəli günlərdə bir arada olur, söhbətləşirlər.
Qayda budur. ABŞ prezidentləri bir-birindən xoşlanmaya bilərlər, amma düşmən olmazlar, bir-birinin dalınca sərt danışmazlar. 
İndiikdə bu şəkildə görünməyənn yeni prezident Donald Tramp bu ənənəni pozacaqmış kimi görünür. Gələcək göstərəcək.
ABŞ bu ənənəsiilə, prezidentlərinin bu sayaq davranışı ilə güclüdür. 
Əgər Tramp nə vaxtsa müşkülə düşsə bu beş prezidentdən ona mütləq kömək edən biri, ikisi olacaq.






Fikirlər