Hamının gözü onda idi - Nə mesaj vermək istəyib?
Ötən gün inauqurasiyası keçirilən ABŞ-nin yeni Prezidenti Donald Trampla yanaşı xanımı Melania Tramp da geyim tərzinə görə gündəm olub. “Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, Melanianın məşhur dizayner Erik Kavits tərəfindən hazırlanan qeyri-adi və gözoxşayan şlyapası xüsusi diqqət çəkib. Məlum olub ki, 54 yaşlı yeni birinci xanım bu dəbli aksesuarla dərin simvolizm və gizli mesaj ötürüb. Bu barədə Erik Kavits özü danışıb. Onun sözlərinə görə, Melanianın şlyapası şəxsiyyətinin yenidən dərk edilməsini simvolizə edir və mühafizəkar dəyərləri əks etdirir: “Bu, müəyyən təmkinlilik dövrüdür, həqiqətən də daha mühafizəkar dəyərlərə doğru dönüş anıdır. Həmçinin o, protokol barədə düşünüb, çox eleqant və sadə görünüb...”