07.03.2014. - “Özünə nurçu, vəhhabi deyənləri axmaq saymaq lazım...”
AzerTaym.az saytı deputatın dini təriqətlər məsələsi ilə bağlı fikirlərinin maraqlı olduğunu nəzərə alaraq onu olduğu kimi təqdim edir:
***
“Dəyərli dostlar! Burada söhbət həqiqətən türk məktəblərinin sıradan çıxarılmasından gedir.
Turan Yazqanın məktəblərini pulsuzluqdan zəiflətdilər, indi də bu adla bu təhsil şəbəkəsinə də zərbə vuracaqlar. Onlardan bahalı ingilisdilli, rusdilli məktəblər var. Birinin adını çəkən varmı?
İstedadlı jurnalst olarsan, hansısa peşədən başın yaxşı çıxar, ancaq mühakimən yanlışdırsa, onu heç vaxt düzəldə bilməzsən.
Kimi məhv ediblər, Suriyaya kimi göndəriblər, hansı uşağa zorla namaz qıldırıblar? Bunları fakt olaraq yazın ki, cəmiyyət bu qorxunun nədən ibarət olduğunu görsün.
Bu qaragüruh dalğasına ona qarşıyam ki, Gədəbəyin dağ kəndinə könüllü getməyə müəllim tapa bilməyənlərin məmələkətində yekə-yekə Somalidə aclıq, səfalət içində ailəsi ilə dərs deməyə gedən o müəllimi ittiham edənlərin mütləq utanması lazım. Özünə nurçu, vəhhabi deyib təriqətçi sayan bir İslam mənsubunu da axmaq saymaq lazım. Yüzlərlə savadlı tələbəni, onları yetişdirən fədakar müəllimləri də mahiyyətini bilmədiyi adlarla pişləyən nursuzları da axmaq saymaq lazımdır. Ağlı başında olanlar yəqin ki, bu açıq mövqeyə görə təəccüblənməzlər”.